Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Androloqa sual ver

Sehriyar
2014-12-28
Salam hekim mende bele bir problem varki sidiye gederken kiwilik orqaninim ucunda goyneme bas verir o nedendi?
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Sehriyar. Bu əlamət ya cinsi yolla keçən infeksiyanın əlaməti və ya sidik-cinsiyyət sistemində iltihabi prosesin əlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

ramiz
2014-12-28
Salam hekim mende xayamda sol xayam sag xayaya nisbeten şiş kimidir bu ne ile elaqedar ola biler bezi adamlar deyirlerki vasbileniya dir bunun mualice ile kecib gede biler
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Ramiz. Xaya şişkinliyiınin səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Tural
2014-12-27
Salam hekim menim 23 yawim var.Amma ne sine nahiyyemde nede uz nahiyyemde tuk cixmir..yawima gore az gorsenirem.bunun sebebi ne ola biler?hormonlarla elaqesi var?
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Tural. Kişilərdə tüklənmə prosesi individual xüsusiyyətlərlə və hormonlarla tənzimlənir. Əgər hormonal defisit varsa, müalicə təyin edilə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


leyla
2014-12-27
Salam hekim. Size sualim var. Yoldawimin spermaqrammasi beledir. Eyakulyatin hecmi 2ml, rengi wabalidin ciceyi rengi, durulawma vaxti 35 deq, ph 7.5, 1 ml spermatozoidlerin miqdari 140ml, butun eyakulyatda ise 280mln. A sinfi 32% , B sinfi 26 %, C sinfi 25 %. Spermaaqlyutinasiya pozitiv . Spermaaqriqasiya pozitiv. Patoloji formali olanlar 14% , leykositler 3-4, eritrisitler 0-1. Bu gostericiler necedi? Hamile qalmaq mumkundurmu?
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Leyla. Spermoqrammadakı bir neçə göstərici real görünmür. Yoldaşınızın fərqli klinikada təkrar spermoqramma verməsi məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


babek
2014-12-26
salam hekim.cinsi elaqede olmamiwdan qabaq,tez bir zamanda cinsi yolla sire tokulur.bu normal haldi?
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Babek. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Amid
2014-12-26
Salam doxtur xais edirem sualima cavab vererdiz bu menim ucun cox onemlidir sual; hardasa 2 hefte bundan once bir gizla elaqede oldum son 3 gundur sidiye gedende yandira yandira cixiran ve sperma azca axir buna gore ne edim xais edirem cavablandirardiz
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Amid. Çox güman ki, bu əlamət  - cinsi yolla keçən infeksiyanın əlamətidir. Cinsi infeksiyaları yoxlayıb, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

novruz
2014-12-21
Salam doktor..size bir sula verim xaiw edirem cavablandirasiz cox onemlidi menim ucun.doktor men 15 gun evvel bir qizla olmuwam ama faiweyle yox..2gunde olar soyuqlamiwam qrip osgurey.bu iki gunde sidiyede agir gedirem.bide sidiy kanalinan cirk gelir.bu vaspalenyadi yoxaa tripitin elameti?
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Novruz. Cinsi yolla keçən infeksiya, daha ehtimal olunan versiyadı. Yəni cinsi infeksiya ilə yoluxmusuz, indi isə qripp nəticəsində orqanizm zəifləyib, immunitet düşüb və infeksiya özünü biruzə verib.  Hər bir halda, cinsi infeksiyaların olub-olmamasını mütləq yoxlamaq lazımdır. Sonra düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ruhin
2014-12-21
Salam hekim mende sol xayada agrilar olur bezen daha cox olur axtma halari olur cinsi zeiflik olur sidye getdkde bezen cox ag bulanliq gedrem bezende cox sari bu neile bagli olar
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Ruhin. Bu əlamətlər prostat vəzidə olan iltihabi proses - prostatitin əlamətləri ola bilər. Xayada olan ağrılar isə damar genişlənməsi ilə əlaqədar ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

xedice
2014-12-21
Salam doktor. Menim oglumun 2yawi var. Dogulanda vodanka diaqnozu qoyulmuwdu ve 5 ayliqinda emeliyyat etdik. Emeliyyatdan 1il kecdi getdik uziye bize 1mm kista ve yene vodanka birde o biri xayasinin hec olmadiqini dediler. Cox xahiw edirem cavab verin bu o demekdir ki bu uwaq ata olmayacaq ve gelecekde ereksiyayla problemi olmayacaq? Ve 1defeyle demek olarmi ki xayasi yoxdur monorxizm
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Xedice. Bu sualı uşaq uroloquna verməyiniz daha düzgün olar. Uğurlar.

hamil
2014-12-21
salam hekim.cinsi elbqe 42 yawdan sonra nece defe narmal sayilir?
Dr. Orxan Ağabəyov
2014-12-22

Salam Hamil.  40 yaşdan sonra kişilərdə, həftədə 2 dəfə cinsi həyat yaşamaq,normal cinsi həyatın ritmi sayıla bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Səhifə 9 > 527-dəan
powered by SM FAQ
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az