Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Androloqa sual ver

tural
2015-01-03
salam.menim spermamda qan olur.analiz verdim dediler mikoplazma var.ondan ola biler?xahis edirem cvb yazasiz.
Dr. Orxan Ağabəyov
2015-01-05

Salam Tural. Xeyr, mikoplazma daha az ehtimal olunan səbəbdir, prostat vəzidə olan iltihabi proses, daha ehtimal olunan səbəbdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Mr.Anonim
2015-01-03
Salam Hekim. Herpes tehlükeli virusmu sayılır? Bu virusdan qurtulmaq olurmu? Men Herpes virusunun daşıyıcısıyam. Tip-1 ve Tip-2 Tip-1: Alt üst dodaqlarda ve qismen damaqlardada olur. (Müassir gencler kimi oral sex etmemişem) Tip-2: Genital Herpes (penis başında ve boynunda berk beyaz mavi sızanaq formasında) 7 virus elehine yaxma analiz verdim yalnız herpes çıxdı. Qalanları passivdi virus yoxdur yeni. Hörmetli Hekim internetden qismen araşdırma etmişem bu virusden tamamen qurtulmaq olmur. Qismen passiv hala getirilir. Sonra uminited düşdükde tekrar virus atak edir. Menim esas meqsedim bu berk maye halında olan sızanaqlardan qurtulmaqdır. Xahiş edirem fikirlerinizi ve kömeyinizi esirgemeyesiniz. İndiden her şey üçün teşekkür edirem hekim
Dr. Orxan Ağabəyov
2015-01-05

Salam Mr. Anonim. Herpes virusunun tam müalicəsi mövcud deyil. Amma düzgün müalicə təyin edilərsə, residivlər (təkrar yaralar) daha az olur və uzunmüddətli heç bir əlamət olmayan dövrlərə nail olmaq olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ehed
2015-01-03
Salam. Idman Qidasi Amino Ziyandir?
Dr. Orxan Ağabəyov
2015-01-05

Salam. İdmanda 2 tip vasitələr istifadə olunur  - idman qidaları(protein, amino, qeyner və s.) və steroidlər.  Steroidlər ziyanlıdı, amma idman qidaları yalnız xeyir verir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ruslan
2015-01-03
Salam. Spermoqrammadan analiz verdim. her weyi muqayise eledim. meni narahat edenleri yaziram. A B = 46% C D = 54%,hemcinin Degenerativ norma 69% cixir,norma 50-den awaqidi. hemcinin Spermatogeneze 2-3 norma oldugu halda,5-dir mende. bunlar ciddi problem sayilirmi? zehmet olmasa aydinlawdirardiniz. Tewekkur edirem evvelceden size
Dr. Orxan Ağabəyov
2015-01-05

Salam Ruslan. Bu göstəricilər normadan azdır amma fərq o qədər də böyük deyil. Əgər nigahda hamiləlik uzun müddət olmursa, müalicə kursuna ehtiyac var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

elsen
2015-01-03
salam hekim men 2 ildir aileliyem usagimiz yoxdur. men spermaqramma analizi verdim hereketli spermler 30%....hereketsizler 60% idi bu faizle usaq olma ehtimali var.? cox tesekur edirem
Dr. Orxan Ağabəyov
2015-01-05

Salam Elsen. Spermoqrammada hərəkətlilik faizlərindən savayı, bir çox vacib göstəricilər var ki, hamiləlik ehtimalına təsir edir. Əgər spermotozoidlərin miqdarı normaldırsa və hərəkətlilik varsa - hamiləlik ehtimalı var, amma göstəricilər nə qədər yaxşı olarsa - bu ehtimal daha yüksək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

nurani
2015-01-03
Salam hekim men iki ildi evliyemuwaqim olmur mualice aldim faizi qalxdi ama hele bir wey yoxdu ama bir nece gundu bowalmada zeflik var yani bowalan vaxdi miqdari az gelir hemde cinsiyet organinda da zeflik hiss eliyirem
Dr. Orxan Ağabəyov
2015-01-05

Salam Nurani. Bu hormonal problemlərlə əlaqəli ola bilər. Amma, kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

aysel
2014-12-28
salam hekjm yoldasim 4 aydi varikaselden aperasiya olub,sperma faizi 28 di,menim usaga qalma ehtimalim var?
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Aysel. Adətən spermoqrammanın göstəriciləri, varikosele əməliyyatından 3-6 sonra bərpa olur. Hal-hazırda hamiləlik ehtimalı var (bunu yazdığınız irəli hərəkətli spermotozoidlərin faizinə uyğun yazıram, amma spermoqrammada başqa vacib göstəricilər var ki, yazmamısız), amma spermoqrammın göstəricilərinin dinamikasını öyrənmək üçün, yoldaşınız bir müddətdən bir spermoqramma analizi verməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

tariq
2014-12-28
Salam doktor.men doppler muayineden kecdim.sol terefde damar geniwlenmesi 3 sm-dir.bu halda emeliyyatsiz sperma faizleri berpa ola bilermi?(pereparatlar vasitesile).yoxsa mutleq emeliyyat olunmaliyam?cinsi zeifliyimin sebebi bu hal (varkasel) ola bilermi?yoxsa zeifliye hec bir aidiyyati yoxdur?onceden Tewekkurler vaxt ayirdiginiz ucun.
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Tariq. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Varikoselenin cinsi zəiflik probleminə aidiyyatı yoxdur. Uğurlar.

roma
2014-12-28
Salam hekim.mende iki terefde varikosel var 3dereceli.spermanin faizi 0cixb.emelyat oldum imi terefden.amma effektn heleki gormemwem
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Roma. Ola bilər varikosele xəstəliyindən başqa, fərqli səbəblər var, bu səbəblər də araşdırılmalıdır. Əgər göstəricilər artmırsa, süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Orxan
2014-12-28
Salam doxtur.penisime el vuranda yada sidiye cixanda daxilen qasinma his edirem bu niye ola biler?
Dr. Orxan Ağabəyov
2014-12-29

Salam Orxan. Bu əlamət uretrit xəstəliyinin (sidik kanalının iltihabı) əlamətidir. Səbəblər ya cinsi infeksiya və ya qeyri-spesifik iltihabi proses  ola bilər. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Səhifə 8 > 527-dəan
powered by SM FAQ
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az