Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Androloqa sual ver

Ziko
2012-07-30
Salam Orxan hekim meni en azi neche faizi qaldira bilirsiz.
Др. Орхан Агабеков
2012-07-30

Salam Ziko. Sual aydın deyil. Əgər söhbət spermogrammadakı aktiv hərəkətli spermatozoidlərin faizindən gedirsə, hər şey Sizin hal-hazırda olan nəticələrdən asılıdı. Nəticəyə baxıb və azalmanın səbəblərini müəyyənləşdirəndən sonra, proqnozlar vermək olar.

Terlan
2012-07-23
Hekim salam.menim 20 yawim var.2 dsefe cinsi elaqede olmuwam..1cide ickili idim belke ona gore potensial ölmuwdu. ama 2cisde ayiq bawla idim.ama evelce oral sexle mewqul olduq..ereksiya baw verdi tam normal durdu.ama ne vaxd ki vowel v neye. 1 2 dvijeniyadan sonra öldu moy chlen..evde masturbaciya eliyende tam normal olur her wey.ama qizla olanda alinmir ( belke o psixoloji halı mende masturbaciya yaradib :( ola biler?
Др. Орхан Агабеков
2012-07-25

Salam Terlan. Sizdə olan problem böyük ehtimalla psixolojidir ("debut" problemləri - cinsi həyata başlayarkən, təcrübəsizlikdən yaranan problemlər). Masturbasiyanın bu probleminin yaranmasında heç bir mənfi rolu yoxdur. Bu hal çox rahat aradan qalxır - sadəcə çalışın az həyacanlanın və özünüzə inamı artırın. Əgər bu problem tam həll olunmasa, problemi gecikdirməyin - həkimə müraciət edin. Uğurlar.

Osman
2012-07-11
Salam Orxan hekim. men cinsi elaqeden sora ozumu narahat hiss eledim ve uzerinden 8 ay kecdikden sora hekime muraciet eledim ve analiz verdim. Analizin cavabinda mende Ureaplazmoz infeksiyasinin oldugu mueyenlewdi ve hal hazirda mualice aliram. Hekim bu ne derece qorxuludur ve tam sagalan infeksiyadir yoxsa nece?? zehmet deyilse etrafli bu barede oyrenmek isteyerdim. Onceden Allah razi olsun!!!
Др. Орхан Агабеков
2012-07-12

Salam Osman. Ureaplazmozun törədicisi olan - Ureaplazma urealiticum və Ureaplazma parvum, şərti patogen mikroorqanizmlərdir. Onlar  xəstəliyə səbəb ola bilərlər, lakin eyni zamanda çox vaxt praktiki sağlam insanlarda da müşahidə oluna bilər. Yoluxma qorunmamış cinsi əlaqə zamanı yoluxmuş partnyotrdan baş verir. Ureaplazma o qədərdə gorxulu infeksiya deyil və düzgün müalicə olunarsa - tam aradan götürülə bilər. Ureaplazmozun müalicəsi üçün antibiotiklər və immunomodulyatorlar təyin edilir. Müalicədən sonra xəstə məcburi qaydada laborator kontroldan keçməlidir. Uğurlar!

sabina
2012-07-07
salam hekim.xlamidioz ve trixomoniaz hansi yollarla kecir? yalniz cinsi yolla?
Др. Орхан Агабеков
2012-07-09

Salam Sabina. 1.Əksər hallarda xlamidioz ilə yoluxma vaginal və anal cinsi əlaqə zamanı baş verir. Oral cinsi əlaqə zamanı yoluxma mümkündür, lakin az ehtimal olunandır. Məişət yolu ilə yoluxma az ehtimal olunur (xlamidiyalar organizmdən kənar yaşaya bilmirlər )

2.Trixomoniaz ilə yoluxma vaginal cinsi əlaqə zamanı baş verir. Oral və anal cinsi əlaqə zamanı yoluxma az ehtimal olunur. Nadir hallarda trixomoniaz  məişət yolu ilə - trixomoniaz ilə xəstə insanın şəxsi gigiyena əşyalarından (dəsmal, hamam lifi, sabun və s.) istifadə etməklə yoluxmaq olar.  Trixomoniazın məişət yolu ilə keçməyi, xlamidiyadan daha realdı.
Vusal
2012-06-17
Salam Orxan hekim.Men cinsi elaqede olarken ehtiras hissini hiss etsemde sertlewme chox zeif olur. Tam qalxmagi an meselesidi ve az sonra bowalma prosesi.vse.Bash veren ureyimce olmur. Zehmet olmasa mene bir meslehet vererdiz.Bu ( tam qalxmamasi) menim hissimin zeif olmasindandir, yoxsa prostatda ve ya penisde olan chatishmazliqdi?ve ya psixoloji problemdir? Onceden teshekkurumu bildirirem.
Др. Орхан Агабеков
2012-06-19

Salam Vusal. Eyni vaxtda həm sərtləşmənin zəif olması, həmdə erkən boşalmanın olması, problemiin daha çox psixoloji olduğunu göstərir. Amma konkret bir fikir demək ücün informasiya azdı (ayrı-ayrı gadınlarla problem yaşanır, ya bir gadınla? masturbasiya zamanı necə olur? və s.). Hər halda nə qədər tez bu problemi aradan qaldırmağa çalışsaz , bir o qədər asan olar. Uğurlar.

Samir
2012-05-24
Salam Orxan həkim. Mən cinsi əlaqədə olarkən boşalma erkən olur və ya intim əlaqəyə girməyə hazırlaşarkən boşalma baş verir. Bu da nəticədə mənə lazım olan zövqü almağa imkan vermir, hesab edirəm ki, qarşı tərəf də zövq almır. İlkin boşalmadan sonra 2-ci dəfə intim əlaqə də təqribən 2 dəq çəkir. Tez də yoruluram. Bu problem barədə Sizdən məsləhət görməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm...
Др. Орхан Агабеков
2012-05-24

Salam Samir. Sizi narahat edən problemin, bir necə səbəbi ola bilər: 1.Cinsi əlaqələrin və masturbasiyanın az olması - uzun fasilələr ehtirasın səviyуəsini artırır. 2. Cinsiyyat sisteminin iltihabi xəstəlikləkləri. 3. Penisin dərisinin hiperhəssas olması və s. Əgər problemin səbəbini bilsəz - həll etmək asan olar. Umumi bir necə məsləhət: Prezervatilərdən istifadə edin – penisin hissiyatını azaldır. Cinsi əlaqədən əvvəl masturbasiya edin - cinsi əlaqənin müddətini artıracaq. Cinsi əlaqə zamanı, hərdən gözlərinizi yumun – bu ehtirasın səviyyəsini azaldacaq. Uğurlar.

Səhifə 527 > 527-dəan
powered by SM FAQ
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az