Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Androloqa sual ver

elnur
2015-01-11
salam doktor artiq dereceden xais eleyirem sualimi cavablandirasiz.sualm beledi.mende 1aydi mende cinsi zeifliy yaranib penisim tam sertlesmir.sertlesdiyde tez sertliyi olur.mumkunse mene tebi yollarla problemin aradan qaldirmaga komey eleyin.evelceden cox twk...
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Elnur. Saytda qidalanma və xüsusi hərəkətlər haqqında məqalələr var, oradan təbii metodlar haqqında öyrənə bilərsiz . Amma hər hansı xəstəlikdə o cümlədən cinsi zəiflikdə) təbii yollarala müalicə, xəstəlik inkişaf etməmişdən effekt verə bilər. Əgər xəstəliyin əlamətləri artıq özünü göstərirsə, müalicə kursu təyin olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Mahir
2015-01-11
salam. men penisin boyudulmesi haqqinda melumat almag isterdim.nece ede bilerem ki penis boyu uzansin.bu penis pompasi ve ya v p le mumkunmu?evvelceden tesekkurler
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Mahir. Xeyr, mümkün deyil. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


anar
2015-01-11
Salam hekim.xahis edirem menim sualimi cavablandirin..men ozumde cinsi zeiflik hiss edirem.3-4il qabaq cox cetinlikle hissiyat yaranirdi ondada bosala bilmirdim cox gec bisalirdim.son 3-4 ilde umumiyyetle cinsiyyet orqanimda elaqe zamani erreksiyada sertlesme olmir umumiyyetle.bu sebebleri nedir?myalicesi var?yeni size muraciet elesem muddet olaraq men ne qeder muddete tam normal cinsi elaqede ola bilerem.
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Anar. Əgər 3-4 ildir cinsi əlaqələr uğurlu alınmırsa, bu çox ciddi problemdir. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Müalicə müddəti belə hallarda minimum 2 ay təşkil edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

ferid
2015-01-10
Salam. Menim Penisim biraz mailidi bunun problemi yoxdur b irdeki ereksiya veziyyetinde olanda tam dikine dyrmur asaqi sallanir
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Ferid. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Elmar
2015-01-10
Salam hekim. Menim cinsiyyetimin ust hissesinde gobekden biraz ashaqida qashinma olurdu sepkiler emele geldi kicik ag renge benzer berk idi.. sonra oz ozune yox oldu, ama herden qashinma olur. Tezeliklede cinsiyyetimin ozunde zigil kimi 2,3 shey var.. Ve Cinsi elage fealiyyetim cox zeifleyib, Hekim bu mualiceyle duzeler? Ozumdede halsizliq ushutme bashgicelme ve s. Olur. Nese cox qorxuram. Sizce ne ola biler bu? Xahish edirem cavablandirin..
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Elmar. Bu papilllomavirus adlanan və cinsi yolla ötürülən infeksiyanın əlaməti ola bilər. Amma cinsi sferada zəifləmənin bu infeksiyaya aidiyyatı yoxdur, fərqli səbəblərdən ola bilər. Cinsiyyət sistemindəki vəziyyəti dəyərləndirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Mr.Anonim
2015-01-10
salam her vaxtiniz xeyir hekim. Mənim 42 yasim var.6 aydir ki,ayaqlarımda siskinlik,əl barmaqlarimda siskinlik,belimdə dözülməz agrilar var idi.Həmcinin cinsi kanalda qaşıntı və axıntılar olurdu.Qarnımın alt hissəsində,xayamda agrılar,olur.Cinsi akt zamanı tez boşalmalar olur.Bir cox muayinələrdən kecdim sonda mənə SERONEQATİVNİY SPONDİLOARTRİT diaqnozu qoyuldu.5 aydir mualicə aliram.Belimdəki ayaqlarımdakı agrilar azalıb şişkinlik cəkilib. Ancaq hər dəfə əlaqədə olandan sonra axintilar yenə olur və tez boşalmalar məni narahat edir.XAHİŞ EDİRƏM MƏNƏ DÜZGÜN YOL GÖSTƏRƏSİNİZ VƏ ƏN ƏSASI MƏNƏ MƏSLƏHƏT VERƏSİNİZ.
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Mr. Anonim. Cinsi problemlərin spondiloartrit xəstəliyinə heç bir aidiyyatı yoxdur. Yəni neçə çiçkinliyin səbəbləri müəyyənləşdiriləndən sonra, müalicə yazılıb və problemlər azalıb, həmin formada da cinsiyyət sistemi araşdırılır və yaranmış cinsi problemlərin səbəbləri müəyyənləəşdirilir, sonra da müalicə kursu təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Asim
2015-01-10
Hekim salam. Men varokaselden emelyat olmusam. Amma sperma var hüceyre yoxdur. Müalicesi varmi?? Birde her iki xaya emelyatdan sonra balacalasib. Xahis edirem cavab yazın. Cox sag ol.
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Asim. Əgər spermoqrammada spermotozoidlər aşkar olunmursa, bu diaqnoz azoospermiya adlanır. Bu ağır diaqnozdu və müalicənin olub-olmaması, problemin səbəblərindən asılıdır. Elə hallar olur ki, süni mayalandırma proseduru məsləhət edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ramin
2015-01-10
Salam hekim..menim 28 yawim var ..menim spermamda azalma olur,,evvel bir az qati olur ama sora durulur..zehmet olmasa yazardiniz bunun sebebini
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Ramin. Səbəblər müxtəlif ola bilər - prostatit, hormonal pozğunluq, varikosele damar genişlənməsi) və s.  Bu səbəbləri müəyyənləşdirib,  müalicə təyin kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Toğrul
2015-01-10
Salam həkim mənim sol xayamda sağ xayama görə nisbətən kiçilmə var və hərdən narahat edir yəni kəsgin ağrılar olmur ama narahat oluram sizdən çox xaiş edirəm sualı cavablandırardınız
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Toğrul. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


Fuad
2015-01-10
salam hekim mende son vaxtlar cinsi elaqede olanda normal qurtariram ama spermanin teziqi demek olarki olmur qurtaranda bu neile elaqedar ola biler?
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Fuad. Bu ya ehtiraslanmanın az olması və ya prostat vəzidə olan iltihabi proseslə əlaqəli ola bilər. Əgər buna görə  o qədər naratçılıq yoxdursa, müalicəyə ehtiyac yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Səhifə 4 > 527-dəan
powered by SM FAQ
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az