Andrologiya və Seksopatologiya Azərbaycanda

055 655-00-66 050 363-83-86

















Androloqa sual ver

tural
2015-01-12
Salam hekim mende xayamin biri birinden boyukdu ama hec bir agri yoxdur bu mene nese prablem yarada biler??bu qrija ve varkiloz xesteliyi ola biler??
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Tural. Xayaların fərqli ölçüdə olması və fərqli yerləşməsi normaya uyğun haldır. Əgər xayaların sağlamlağını yoxlamaq istəyirsizsə, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ferhad
2015-01-12
salam hekim.hekim mende cinsiyyet orqaninda kolgeye benzer lekeler emele gelib.evvelce xirda qirmizimtil sepkiler vardi.sonradan onlar yox oldu ve kolge kimi lekeler emele geldi.erreksiya veziyyetdinde agarir sanki qabiq baglayirmiw kimi,qeyd edim ki bunlar ancaq papaq bawliq hissededi xahiw edirem cavablandirasiz diqqetinize gore cox sagolun
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Ferhad. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq  qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Fatima
2015-01-12
Salam hekim.demeli men teze aile heyati qurmusam.yoldasim menimle cox mehribandir amma yataq otagina kecdiyimiz vaxt ele bil mene yaxin durmaq istemir.ancaq men yadina salanda menimle yaxinliq eleyir yeni men demesem hec yadina da dusmez.ve bu da mene cox pis tesir eliyir.sizce yoldasimin ne problemi ola biler?o da xatirladim ki men gorduyum qeder hec bir problemi yoxdur
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Fatima. Çox güman ki, yoldaşınızda potensiyanın zəifləməsi halları var, hər halda cavan kişidə cinsi istək yüksək olmalıdır. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Ayten
2015-01-12
salam hekim.size yoldawimin spermoqramma analizin cavabin gonderirem.baxin bu halda mualice kursu ile faizi qaldirmaq mumkundu?yoxsa sunu mayalanmaya ehtiyac olacaq?1 ml sperm sayi 62,celd ireli hereketli 0,zeif ireli hereketli 11,yerinde hereketli 4,hereketsiz 85,
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Ayten. Belə göstəricilərdə, müalicənin mümkünlüyü, problemin səbəblərindən asılıdır, yəni elə hallar olur ki - müalicə mümükündü, elə hallar da var ki - süni mayalandırma proseduru məsləhət görülür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

umid 1
2015-01-12
Salam hekim bagislayin narahat edirem size sualim var spermaqrama analizi vermisem 6 defe muxtelif yerlerde diaqnoz azoospermiya axrincini ayin 10 verdim azoospermiya cixdi basqa hekime getmek isteyirem spermaqrama analizi isteseler yeniden vere bileremi yoxsa aradan vaxt kecmelidirmi onceden tesekurumu bildirirem
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Umid 1. Təkrar spermoqrammalar niyə verirsiz ki? Əgər azoospermiya diaqnozu təyin edilirsə, spermoqramma deyil, problemin səbəblərini aydınlaşdıran müayinələrdən keçib, müalicənin uğurlu olub-olmamasını müəyyənləşdirmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Zahir
2015-01-12
Salam doktor menim qarinan da awagi nahiyem agriyir keskin bir agridi bu neden olar?men mewg zamani enerji ickisi icirdim, yariwda barmagimi ezdim mene 10dene keyidici iyne vurdular indide butuj bedenim hissiyatim olub bu iynelerden dermanlardan olar? Cinsi zeifliyim yaranmiwdi ama bu son muddetdiki umumyetle o hissiyat òlub bu neden olar? Elebilirem halim yoxxdu elageye girmek isteyirem ama halim yoxdu, erken bowalma, zeifleme bu kimi hallarimda olurdu indi ise tamam bele olub ...Coxsagolun
Dr. Orxan Ağabəyov
2015-01-13

Salam Zahir. Enerji içkilərinin və ya ağrıkəsici preparatların bu problemlərin yaranmasında əhəmiyyəti yoxdur. Çox güman ki, Sizdə hormonal disbalans yaranıb. Hər bir halda bu qədər problem varsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

elmar
2015-01-11
Salam hekim. Mende cinsiyyetimde xalabenzer nese var cox guman papilloma ola biler. Ve sidik yolunun qurtaran hissesinde cinsiyyetin ucunde 1 sm iceridede var xalabenzer nese. Eger bu papillomadisa onun tam mualicesi varmi? Ve mualiceyle onu yox elmek mumkundurmu hem cinsiyyetden hem sidik yolundan. Cox qorxuram nese. Xahish edirem melumat verin...
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Elmar. Qorxmaq lazım deyil, həm sidik kanalından həmdə cinsi orqandan papillomaları aradan qaldırmaq mümükündür, bu lazer destruksiyası hesabına əldə olunur. Təyin olunan müalicə isə, papillomaları daha gec-gec yaranmasına və ya tamamilə itməsinə gətirib çıxarır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

samir
2015-01-11
salam hekim mende sol terefde damar geniwlenmesi hemde tez bowaliram bu damar geniwlenmesi ile elaqedar ola bilermi? Penisimde balacalawibdi 6-8 sm olur ele olurki penis tam qalxmamiw bowaliram
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Samir. Xeyr, damar genişlənməsinin erkən boşalma probleminə aidiyyatı yoxdur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.


xəyalə
2015-01-11
Salam Orxan müəllim sizin birinci toy gecesi barədə məqalənizi oxudum və bu qorxudan bir az qurtuldum özüm subayam və ilk toy gecesi anından çox qorxuram. siz məqalənizdə mövzunu ətraflı əhatə etmisiz sizə ugurlar və təşəkkürlər
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Xəyalə. Şadam ki, yazdığım məqalə Sizə faydalı oldu. Uğurlar.

Elsen Abdurahmanov
2015-01-11
Salam hekim.Menim mualiceden sonra bir ovladim olub. Artiq fevralda 5 yasi bitir.Daha olmur.Hec vaxt qorunmamisiq.Sizden xahis edirem mene meslehet yazardiz.Son spermaqrammanin neticesi budur:Eyakulyatin miqdari 6ml,iyi spesfik,rengi agimtil-bozumtul,qatiligi 0,6sm,pH 7,6,Durulasma vaxti 15 deqiqe,Leykositler 5-8g/s,Eritrositler -,Epitel huceyreleri 0-1g/s,Lesitin denecikleri coxlu miqdarda,Bettxerin toxum kristallari -,Amiloid konkrementler -,Selik -,Maya gobeleyi -,Morfologiya 50%,Degenerativ spermatozoidler 45%,Spermatogenezin elementleri 5%,1ml eyakulyatdaki spermatozoidlerin sayi 10milyon,Butun eyakulyatdaki spermotozoidlerin sayi 60milyon,a)aktiv,duzxetli,ireli -10%,b)zeif-duz ve qeyri-duzxetli,ireli - 9%,c)yerinde aktiv,rotasion -81%,
Dr. Orxan Ağabəyov
2015-01-12

Salam Elsen. Spermoqrammada ən vacib göstəricilərdən olan, 1 ml-də spermotozoidlərin miqdarı. normadan azdır. Çox güman ki. xayalarda problemlər var, bu problemləri araşdırıb, müalicə kursu təyin edilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.

Səhifə 3 > 527-dəan
powered by SM FAQ
Dr. Orxan Agabəyovla Əlaqə:

050 363-83-86 055 655-00-66


Copyright © 2012 www.agabekov.az