ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
neo | 25 Avqust 2012 21:30
salam Orxan hekim,erken boşalmanı gecikdirmək üçün, hansı TƏHLÜKƏSİZ pereparatlardan istifadə etmək məsləhətdir?öncədən təşəkkürlər!
Dr.Orxan Agabəyov | 27 Avqust 2012 04:44
Salam Neo. Erkən boşalmanın səbəbləri müxtəlifdir və yalnız  bu səbəbləri müəyyənləşdirəndən sonra düzgün və təhlükəsiz müalicə yazmaq olar. Uğurlar.
Ziyad | 20 Avqust 2012 10:21
salam doktor, işimle elaqedar hefte içi imkan olmur, bazar gunu şerait yarada bilersiz muayine üçün? tesekkurler
Dr.Orxan Agabəyov | 21 Avqust 2012 17:24
Salam Ziyad. Beli, bu mümkündü, 055 655 00 66 ve 050 363 83 86 nömrələri ilə əlaqə saxlayın dəqıq tarixi müəyyən edək.
neo | 17 Avqust 2012 11:59
salam Orxan həkim, əslində bilmirəm sualım sizin sahənizə aidiir ya yox. Qadının hamiləliyin neçənci ayına kimi cinsi əlaqəyə girməsi təhlükəsizdir?
Dr.Orxan Agabəyov | 18 Avqust 2012 11:48
Salam Neo. Əgər hamiləlik vaxtı tibbi baxımdan cinsi əlaqəyə məhdudiyyət yoxdursa (düşmə təhlükəsi, cinsi əlaqə zamanı ağrı, uşaqlıq yolundan ifrazat, adətli düşüklər və s.), hamiləliyin sonuna 4-6 həftə qalana kimi, qadın cinsi əlaqəyə girə bilər.
mond | 17 Avqust 2012 11:24
hekim hedden artiq deyende meselen 2-3 gunden bir olanda bu hedden artiq sayila biler? men bilmek isteyirem masturbasiya eden adam da psixaloji deyisiklik yarana bilermi ki o daha qadindan deyil ancaq masturbasiya zamani fikirlesdiyi sheylerden ve s ehtiraslansin?yani psixaloji cehetden ilisib qalsin.hekim bes ele bil usul var mi ve ya derman ve s ki men onu qebul edende oz xanimima qarsi da ereksiya emele gelsin?
Dr.Orxan Agabəyov | 18 Avqust 2012 12:22
2-3 gündən bir masturbasiya rejimi - normal sayıla bilər. Masturbasiya edən adamda psixoloji dəyişiklik yarana bilər. Bu ondan irəli gəlir ki, kişinin fantaziyalarındaki və ya monitorda gördüyü səhnələrnən real qadınla cinsi əlaqə arasında fərq var. Və nəticədə kişinin öyrəşdiyi situasiya olmadıqda, real qadına cinsi həvəs olmur. Amma bu nadir hallarda olur.  Ereksiyanı artıran müxtəlif dərman preparatları var və bu preparatlar dəqiq diagnostikadan sonra və individual xüsusiyyətləri nəzərə alaraq təyin edilir.
Kənan | 16 Avqust 2012 11:28
Salam doktor!Menim 26 yaşım var.İndiyə kimi demək olar ki,cinsi əlaqədə olmamışam.Düzü özümdə həmişə bir inamsızlıq hiss etmişəm.Əslində heç bir problemim yoxdur.Hər bir şey qaydasındadır.Hətta ereksiya vəziyyətində penisim çox sərt və uzunmüddətli olur.Sadəcə bu inamsızlıq indiyə kimi məndən əl çəkmir.Sizcə cinsi əlaqədə olmamağın fəsadları ola bilər mi?Bundan sonrakı həyattərzimdə nə məsləhət görərdiniz.Öncədən təşəkkürlər!!!
Dr.Orxan Agabəyov | 17 Avqust 2012 09:11
Salam Kənan. Birinci növbədə bir şeyi müəyyənləşdirmək lazımdı - əgər hər şey yaxşıdırsa, Sizdə inamsızlıq niyə yaranır, bu inamsızlığın səbəbləri nədir. Və bu hissi aradan qaldırıb, mütləq cinsi əlaqədə olun. 26 yaş elə də az yaş deyil  və nə qədər tez cinsi əlaqədə olsaz., bir o qədər yaxşı olar. Bunu üzməyi öyrənməklə müqayisə etmək olar - kiçik yaşlı uşaqlar çox tez öyrənirlər amma yaşlı insanlar  çətinlik çəkir (insan yaşlandıqca - qorxularıda artır). Ona görədə Sizə məsləhət - tez bir zamanda inamsızlığı kənara qoyun, özünüzə inamı artırın və cinsi həyata başlayın. Uğurlar.
mond | 16 Avqust 2012 07:21
Hekim uzr isteyirem onda sualin davami kimi bir meselede meni narahat edir.men de sizin kimi fikirlesdim ki eger masturbasiya zamani mende ereksiya olursa demek menim ereksiya ile bagli problemim ola bilmez.bes ola bilmezki men mehz bu partnyoruma qarsi hec bir ehtiras hiss kecirmediyim ucun bele olur.is orasindadir ki baxmayaraq ki biz uc ilidir bir yerdeyik lap evvelceden men o xanimla birge olanda ereksiya hiss etmemisem yeni ola bilmezmi ki kisi her hansi xanima qarsi umumiyyetle ereksiya hiss etmesin baxmayaraq ki xanim meselen gozel de ola biler.birde uzun muddet masturbasiya etmek sonradan senin qadinla olmaginda her hansi problem yarada bilermi?hal hazirda fikirlesirem ki variantlardan biri kimi basqa xanimla yaxinliq edib bu meselenin mehz neden oldugunu oyrenmekdir.hekim cavabiniza gore tesekkur
Dr.Orxan Agabəyov | 17 Avqust 2012 08:32
Sizin masturbasiya vaxtı ereksiyanızın olması yalnız bir şeydən xəbər verir - ereksiyanın pozulmasına orqanik (hansısa xəstəliklə bağlı) səbəb yoxdur. Amma ereksiyanın pozulma səbəbi çox vaxt (əsasəndə debyut formalarda, yəni ilk cinsi əlaqələr zamanı) psixoloji olur. Və ereksiyanın yaranmasında problemin olub-olmasını yalnız cinsi əlaqənin uğurlu və ya uğursuz keçməyi ilə təyin etmək olar. O ki qaldı, yalnız müəyyən bir partnyora qarşı ereksiyanın olmamasına - bəli belə bir hal var - buna selektiv (seçici) erektil disfunksiya deyirlər. Və bunu yoxlamaq üçün ən yaxşı variant, Sizin yazdığinız variantdı - başqa bir qadınla cinsi əlaqədə olmaq. Masturbasiyanın ziyanı yoxdu, əsas odur ki, həddən artıq olmasın. Uğurlar.
mond | 15 Avqust 2012 08:40
salam Orxan muellim menim bele bir problemim var.xahis edirem ilkin meslehet veresiniz.Men uc ildir bir xanimla bir yerdeyem.amma hemin xanimla cinsi elaqeye girmek isteyerken mende ereksiya bas vermir.bu dovrde men basqa xanimla olmamisam.mende ereksiyanin olmagini yoxlamaq ucun bir nece defe masturbasiya etmisem ve gormusem ki hem ereksiya var hem de qurtara bilirem.indi men bilmirem hemin xanimla elaqedardi yoxsa umumiyyetle mende ereksiyanin olmagi ile problem var.bele bir sual eger ereksiya olmasa men de hec bir halda ereksiya olmazdir eledir ya men yaniliram? siz bele anda ilkin olaraq ne meslehet gore bilersiz..birde hemin xanimda aybasi zamani problemler olur.o hekime muraciet edib.hekim bunun sebebini kisi cinsiyyet orqaninin orqanizme daxil olmamaginda birdeki cixis yolunu usagin olmasinda gorur.bu bele ola bilermi.evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 16 Avqust 2012 06:38
Salam Mond. Sizdə masturbasiya zamanı, ereksiyanın olması Sizin ummumiyyətlə ereksiyaya qadir olmağınızdan xəbər verir. Amma masturbasiya və cinsi əlaqənin arasında böyük fərq var - masturbasiya zamanı yalnız özünü fikirləşirsən, cinsi əlaqə vaxtı isə - qarşı tərəfidə. Bu vaxt, əqər özünə inam (ereksiya yaxşı olacag ya yox) azdırsa - ereksiya zəyifləyir və hətta tam itə bilər. Bu hal rahat aradan qalxır - sadəcə çalışın az həyacanlanın və özünüzə inamı artırın. Əgər bu problem tam həll olunmasa, problemi gecikdirməyin - həkimə müraciət edin. Sizdə daimi partnyorun olması müalıcəni asanlaşdırar.  Qadında isə aybaşı vaxtı olan problemlər, müxtəlif səbəblərdən ola bilər. Səbəb kimi, cinsi əlaqənin olmaması və hamiləlikdən sonra düzəlməsinin göstərilməsi - ola bilər. Amma bunu dəqiq diaqnostika edəndən sonra demək olar. Uğurlar.
Emil | 10 Avqust 2012 07:35
Salam hekim son vaxtlar özümde deyerdim ki gunde bir defe olmaqnan bele bir hal muwahide edirem sidiye normal cixdiqdan sonra kanalda qalan damcilar evezine bulanliq wireli sperma kimi maye ifraz olur bu ne ile elaqedar ola biler? Evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 12 Avqust 2012 11:15
Salam Emil. Sizdə olan hal, böyük ehtimalla xroniki prostatitin əlaməti olan - prostatoreyadır (prostat vəzinin şirəsinin axması). Bu hal, prostat vəzidə iltihab və durğunlug əlamətlərinin olmağından xəbər verir. Bu halın yaranmasında cinsi əlaqələlərin nadir və böyük fasilələrlə olmasınında  rolu var. Geçikdirməyərək diaqnostika kecib, müalicə olunmaq məsləhətdir. Uğurlar.
Sevinc | 6 Avqust 2012 21:37
Salam doktor menim ilk hamileliyim inkisafdan qaldi qasindi analizlerimde pralaktin cixdi pralaktin dusse yene hamile qalma sansim nece faizdi?
Dr.Orxan Agabəyov | 8 Avqust 2012 07:52
Salam Sevinc. Prolaktinin hamiləlik vaxtı yüksəlməsi tamamilə fizioloji (normal) haldır, və hamiləliyin inkişafdan qalmasına aidiyyatı yoxdur. Amma əgər Sizdə prolaktinin yüksəlibsə, bu yeni hamiləliyə əngəl ola bilər. Bu hal ugurla müalicə olunur. Müalicədən (prolaktinin migdarını normaya salandan) sonra və hamiləliyə əngəl ola biləcək başqa səbəblərin olmadiğinda, Sizin yeni hamiləliyə şansınız 100 % -dir. Uğurlar.  
Elgun | 4 Avqust 2012 07:40
Hekim salam bagisdiyin 1 sual verim mende xayamin ustunde damar gorsenir bir az şis formasinda bunun qorxusu yoxdur ? 1 defe hekime getmisem deyivki derin nazikdir.Zehmet olmasa melumat vere bilersiz.
Dr.Orxan Agabəyov | 6 Avqust 2012 07:53
Salam Elgun. Xayaların üstündə damarların görünməsi (damarların diametrin artması) Sizdə varikoselenin olmağından xəbər verir. Bu problem haggında saytda - məgalələr bölümündə oxuya bilərsiniz. Qısaca, varikoselenin kişi üçün təhlükəsi, spermanın keyfiyyətini aşağı salmaqdı(kişi sonsuzluğunun əsas səbəblərindən biri). Diaqnozu dəgigləşdirmək üçün, mütləq xayaların doppler müayinəsindən keçmək lazımdır. Dəri nazikliyinin buna heç bir aidiyyatı yoxdur. İstəsəz telefonla əlaqə saxlayın, daha geniş danışaq. Uğurlar.